Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Paktia polis rəisi Raz Məhəmməd Mandozai bildirib.
O, bildirib ki, əlində olan ilkin məlumatlara görə, partlayış nəticəsində azı 20 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.
Partlayış yerli vaxtla 14:00 radələrində baş verib. Cümə namazı üçün çox sayda adamın məscidə toplaşması itkinin böyük olmasına yol açıb.
Bəzi hadisə şahidləri isə ölənlərin 30, yaralananların isə 100-ə qədər olduğunu iddia ediblər. Hələlik hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.
Ağalar Ağalarlı
Ordu.az