Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Dövlət katibi Mayk Pompeo bildirib.
“KXDR rəhbəri Kim nüvəsizləşməyə bağlılıq sözü verib. Bütün dünya da onlardan bunu tələb edir. Lakin onların davranışları bununla ziddiyyət təşkil edir", - deyə Pompeo qeyd edib.
Onun sözlərinə görə, bu davranışlara baxmayaraq, yenə də istənilən nəticənin sürətli şəkildə əldə edilməsi üçün imkan var.
Xatırladaq ki, bu həftənin bazar ertəsi “Washington Post”un yaydığı xəbərə görə, ABŞ-ın kəşfiyyat peykləri Şimali Koreyanın qitələrarası ballistik raket hazırladığını aşkarlayıb.
Ağalar Ağalarlı
Ordu.az