Suriya İdlibə hücum etsə, nə baş verə bilər?

2018/08/Снимок_1533287059.png
Oxunub: 3419     16:59     03 Avqust 2018    
Suriya Quru Qoşunlarının İdlibdə Azad Suriya Ordusu ilə qarşı-qarşıya gəlməsi ciddi problemlər yarada bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki. bu barədə rəsmi açıqlamanı Türkiyə hərbi mənbələri yayıb.

Bildirilir ki, Türkiyə Suriyanın İdlibdə “Hayat Təhrir Əş-Şam” terror qruplaşmasına qarşı aparacağı əməliyyatları olduqca müsbət qarşılayacaq.

Belə ki, hazırda İdlibin 60 faizini nəzarətdə saxlayan və Əl-Qaidəyə bağlılığı ilə tanınan terror qruplaşmasının bölgədə mövcudluğu Ankaranı çoxdan narahat edir.

Lakin, İdlib əməliyyatlarının təhlükəli tərəfi SQQ-ASO qarşıdurması olacaq.

Belə ki, Ankara Türkiyənin Suriyadakı maraqlarını təmsil edən ASO-ya dəstək göstərsə, Suriya ordusunun əməliyyatları nəticəsiz qala bilər. Görünən odur ki, İdlibdə işlər Dera və Küneytrədəki qədər asan olmayacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya   ASO   İdlib  


Bizi "telegram"da izləyin