İstanbulda İŞİD-ə qarşı əməliyyat: 38 nəfər ələ keçirilib

2018/08/thumbs_b_c_94842f32970fd0966f941917ad0ab73e_1533286500.jpg
Oxunub: 2849     17:36     03 Avqust 2018    
Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı həyata keçirilən əməliyyat zamanı 38 nəfər ələ keçirilib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Terrorla Mübarizə İdarəsi məlumat yayıb.

Məlumata görə, İstanbul şəhərində İŞİD üçün fəaliyyət göstərdiyi və terror aktı törətməyə hazırlaşdığı müəyyən edilən şübhəlilərin ələ keçirilməsi məqsədilə əməliyyat başladılıb.

Əməliyyat çərçivəsində şəhərin 6 bölgəsindəki 12 müxtəlif ünvana paralel olaraq edilən hücum nəticəsində 38 xarici vətəndaş ələ keçirilib.

Həmin ünvanlarda aparılan axtarış tədbirlərində isə çox sayda təşkilati-rəqəmsal ləvazimatlar tapılıb. Əməliyyat davam etdirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İŞİD   Terror  


Bizi "telegram"da izləyin