Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə vilayət rəhbərliyi məlumat yayıb.
Məlumata görə, Lice və Hani sərhədlərindəki dağlıq və meşəlik sahədə fəaliyyət göstərən terrorçuların zərərsizləşdirilməsi, terrorçular tərəfindən istifadə edilən sığınacaq, depo və digər nöqtələrin dağıdılması, həmçinin əllərində olan silah-sursatın ələ keçirilməsi məqsədilə hərbi əməliyyat keçirilir.
Əməliyyat zamanı bölgədəki mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görüldüyü bildirilib.
Ağalar Ağalarlı
Ordu.az