Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyat təhlükəsizlik qüvvələri ilə koordinasiyalı həyata keçirilib. Kərkükün müxtəlif nöqtələrində aparılan birgə əməliyyat nəticəsində İŞİD-ə mənsub 15 terrorçu ələ keçirilib.
Qeyd edək ki, İraq hökuməti ötən ilin dekabrında İŞİD-in ölkədə tam məğlub edildiyi elan etsə də, terrorçular hələ də mütəmadi olaraq terror aktları həyata keçirirlər.
Ağalar Ağalarlı
Ordu.az