Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriya Koordinasiya Mərkəzinin sədri Sergey Kuralenko bildirib.
“Bu gün çox önəmli gündür. Son 6 ildə ilk dəfə olaraq BMT missiyası M7 yüksəkliyindən Küneytrədəki BMT nəzarət məntəqəsinə keçid edib”, - deyə Kuralenko bildirib.
Onun sözlərinə görə, Suriyanın İsrail qoşunları nəzarətində olan bölgələrə yaxın ərazilərinin təmizlənməsi ilə buna nail olmaq mümkün olub.
Qeyd edək ki, 6 il ərzində BMT missiyası Suriya ərazisindəki məntəqələr getmək imkanı əldə etməyib. O, həm də İsraildəki qaçqın düşərgələrinə də Suriya ərazisindən keçid imkanlarından məhrum olub.
Ağalar Ağalarlı
Ordu.az