İraq ordusunun hava hücumlarında 15 İŞİD-çi məhv edilib

2018/08/1051427827-650x352_1533277028.jpg
Oxunub: 3202     14:16     03 Avqust 2018    
İraq ordusuna mənsub döyüş təyyarələrinin həyata keçirdiyi hava əməliyyatı nəticəsində 15 İŞİD terrorçusu məhv edilib.

Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə İraq ordusunun rəsmisi general-mayor Həmi Əl-Maliki bildirib.

Onun sözlərinə görə, əməliyyat Səlahuddin vilayətinin əl-Fərhatiya və İshaqi bölgələrində həyata keçirilib.

“Ordu qırıcıları Samarra Əməliyyatlar Komandanlığı ilə koordinasiyalı olaraq İŞİD terrorçularının sığınacaqlarına zərbələr endirib. Bir neçə nöqtəyə endirilən aviazərbələr nəticəsində ümumilikdə 15 terrorçu məhv edilib”, - deyə Əl-Maliki qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terror  


Bizi "telegram"da izləyin