Rusiya ordusu Suriyaya 47 ton humanitar yardım çatdrıb

2018/08/9596b-russia-delivers-over-1,5-tons-of-humanitarian-aid-to-syria-iikss_1533273291.jpg
Oxunub: 3484     13:08     03 Avqust 2018    
Rusiyanın Suriya Koordinasiya Mərkəzi bir həftə ərzində Suriya sakinlərinə 47 ton ağırlığında humanitar yardım çatdırıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Krasnaya Zvezda” nəşri məlumat yayıb.

Məlumata görə, humanitar yardımda ərzaqla yanaşı, tibbi preparatlar da olub. Humanitar yardımdan əlavə 500 mülki şəxsə isə tibbi yardım göstərilib.

Nəşrin məlumatında 2015-ci ildə öz evlərindən qaçmağa məcbur olmuş suriyalıların 1,445 milyon nəfərinin artıq vətənlərinə geri döndükləri qeyd olunub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya  


Bizi "telegram"da izləyin