Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum hazırda sözügedən qruplaşmanın “hərbi məhkəmə” binası kimi istifadə etdiyi tikilinin qarşısında baş verib.
Məsələ ilə bağlı yerli mənbələrin yaydığı məlumata əsasən terror hücumu nəticəsində 18 nəfər həlak olub.
Bildirilir ki, ölənlərdən 10-u elə Təhrir Əş-Şam” terror qruplaşmasının üzvləridir.
Qeyd edək ki, hələlik hücumu heç bir qruplaşma üzərinə götürməsə də, yerli mənbələr İŞİD-in etdiyini ehtimal edir.
Dəyanət Ağalarlı
Ordu.az