Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə BMT-nin İraqa Yardım Missiyası məlumat yayıb.
Məlumata görə, ötən ay ərzində ölkədə terror hücumları, silahlı qarşıdurma və digər şiddə hadisələri nəticəsində 79 mülki şəxs həlak olub, 99-u isə yaralanıb.
Lakin hesabat sadəcə mülki şəxsləri əhatə etdiyindən dolayı təhlükəsizlik qüvvələri, əsgərlər, polis, fövqəladə hallar əməkdaşları və digər bu kimi şəxslər arasındakı ölü və yaralı sayı nəzərə alınmayıb.
Ən böyük itkilər isə paytaxt Bağdadda baş verib. Belə ki, Bağdad şəhərində sözügedən hadisələr nəticəsində 30 nəfər həlak olub, 33 nəfər isə yaralanıb. Onu izləyən Kərkükdə isə bu rəqəmlər uyğun olaraq 8 və 34-dür.
Ağalar Ağalarlı
Ordu.az