Rusiya Suriyanın İdlibdəki əməliyyatlarına dəstək göstərəcək

2018/08/Снимок_1533212549.png
Oxunub: 2807     20:54     02 Avqust 2018    
Rusiya Hərbi Hava Qüvvələri Suriya ordusunun İdlibin qərbində keçirməyi planlaşdırdığı anti-terror əməliyyatlarına dəstək verəcək.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Rusiya hərbi mənbələri bildirib.

Qeyd olunub ki, Suriya ordusunun İdlibin Latakiya ilə sərhəd qərb hissəsində həyata keçirməyi planlaşdırdığı əməliyyatlara Rusiya qırıcıları havadan dəstək göstərəcək.

Bildirilir ki, Suriya Quru Qoşunlarına aviazərbələrlə dəstək verəcək qırıcılar Hmeymim aviabazasından havaya qaldırılacaq.

Qeyd edək ki, daha öncə Rusiya Suriyanın Dera və Küneytrədəki əməliyyatlarına da eyni formada dəstək göstərib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   İdlib  


Bizi "telegram"da izləyin