Rusiya İdlibdəki vəziyyətdən narahatdır

2018/08/1199798_1533210760.jpg
Oxunub: 1799     20:13     02 Avqust 2018    
“Moskva İdlib deeskalasiya zonasındakı artan gərginlikdən və Rusiya hərbi təsisatlarına PUA hücumlarından narahatdır”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş Qərargahının Baş Əməliyyatlar İdarəsinin rəhbəri general-polkovnik Sergey Rudskoy bildirib.

“Silahlılar qruplar İdlib deeskalasiya zonasından Hələb, Həma və Latakiyada hökumət qüvvələrinin mövqelərinə, həmçinin mülki şəxslərin evlərinə hücumlar edirlər. Son 10 gündə 84 belə insident yaşanıb”, - deyə Rudskoy qeyd edib.

Onun sözlərinə görə, PUA-lar vasitəsilə İdlib zonasından Rusiyanın hərbi obyektlərinə hücumlar davam edir. Sonuncu belə hücum isə iyulun 29-da “Hmeymim” aviabazasında baş verib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Rusiya   İdlib  


Bizi "telegram"da izləyin