Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş Qərargahının Əsas Əməliyyatlar İdarəsinin rəhbəri general-polkovnik Sergey Rudskoy bildirib.
“Suriya-İordaniya sərhədinə nəzarət bütöv şəkildə bərpa olunub. Artıq 1974-cü il BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən Suriya, İsrail və Colan Təpələrində yerləşdirilmiş BMT sülhməramlılarının fəaliyyətlərini davam etdirməsi üçün uyğun şərtlər təmin edilib”, - deyə o qeyd edib.
General beynəlxalq müşahidəçiləri 2012-ci ildə bölgədə təhlükəsizlik səbəblərindən dolayı dayandırılmış fəaliyyətlərini bərpa etməyə çağırıb.
Ağalar Ağalarlı
Ordu.az