Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Rusiya nümayəndəsi Lavrentyev bildirib.
O qeyd edib ki, ötən gün əldə edilən razılıqdan sonra bu gün səhərdən etibarən İran ordusunun Suriyadakı birlikləri və dəstəklədiyi qüvvələr hərbi texnika və silah-sursatları ilə birlikdə İsrailə yaxın ərazilərdən çıxarılır.
Lavrentyev bildirib ki, Suriyada hazırda İranın maraqlarını təmsil edən qüvvələrin sayı 6 minə qədərdir ki, bunların da təxminən 4 mini İsrailə yaxın bölgələrdə yerləşdirilib.
Tehran qarşıdakı 2 gün ərzində bütün bu qüvvələrin İran-Suriya sərhədinə doğru geri çəkiləcəyini öhdəsinə götürüb.
Qeyd edək ki, İsrail, Rusiya və İran arasında əldə edilən razılığa əsasən sözügedən qüvvələr İsraildən azı 85 kilometr məsafədə saxlanılacaq.
Dəyanət Ağalarlı
Ordu.az