Ordu.az “Defense News”a istinadən xəbər verir ki, ABŞ HHQ-nin məqsədi bu əvəzlənməni NEAT adlı tək proqramla həyata keçirməkdir.
Bu məsələni ilk dəfə HHQ-nin Qlobal Hücum Komandanlığının komandanı general Robin Rand aprel ayında Senatın dinləmələrində gündəmə gətirib. Həmin dinləmələrdə Rand A-4B və E-6B təyyarələrinin əvəzlənməsi barədə ciddi düşünmə vaxtının yetişdiyini vurğulayıb.
Məlumata görə, hazırda Pentaqon əməliyyat effektivliyini azaltmamaq və xərcləri aşağı miqdarda saxlamaq üçün mümkün alternativlərin analizini həyata keçirir. Eyni zamanda Pentaqonun E-4B, E-6B və C-32A-nın yerinə yetirdiyi missiyaları daha effektiv şəkildə həyata keçirə biləcək yeganə platforma axtarışında olduğu bildirilir.
Ağalar Ağalarlı
Ordu.az