ABŞ HHQ və NM kosmik raketlər üzərində işləyəcək

2018/08/38228799_2624448727781279_389247736370692096_n_1533205418.jpg
Oxunub: 1588     02:18     03 Avqust 2018    
ABŞ Hərbi Hava Qüvvələri ilə NM kompaniyası arasında hipersəs sürətli kosmik raketlər üzrə araşdırmaların aparılması məqsədilə əməkdaşlıq həyata keçiriləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı ABŞ HHQ-nin mətbuat xidməti yayıb.

Bildirilir ki, müqaviləyə əsasən tərəflər ortaq şəkildə yeni hipersəs sürətli kosmik raketlərin istehsalı ilə bağlı araşdırmalar aparacaqlar.

2019-2022-ci illəri əhatə edən layihədən əldə ediləcək nəticələr daha sonra ABŞ HHQ üçün yeni kosmik raketlərin istehsalının həyata keçirilməsi məqsədilə “Raytheon” kompaniyasına təhvil veriləcək.

Qeyd edək ki, layihənin ümumi dəyəri 75 milyon dollar təşkil edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-HHQ   Raytheon  


Bizi "telegram"da izləyin