Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu kalibr NATO-ya üzv dövlətlərin orduları tərəfindən geniş şəkildə istifadə olunur.
Şirkətin mətbuat xidməti bildirib ki, NATO standartlarına uyğunlaşdırılmış yeni mərmi Şostkada yerləşən dövlət fabrikində istehsal olunur.
Qeyd edək ki, son dövrlərdə Ukrayna özünün müdafiə sənayesi məhsullarını NATO standartlarına uyğunlaşdırma istiqamətində işlərini sürətləndirib. O, bu prosesi 2020-ci ilin sonuna qədər tamamlamağı planlaşdırıb.
NATO kriteriyaları əsasında istehsal edilən silahlara aviasiya məhsulları və zirehli vasitələr də daxildir. Ukraynanın istehsal etdiyi yeni döyüş tankları, hərbi nəqliyyat təyyarələri, artilleriya, nəzarət və kəşfiyyat sistemlərində NATO standartlarına xüsusi əhəmiyyət verilir.
Ağalar Ağalarlı
Ordu.az