ABŞ HHQ 3 təyyarənin modernizasiyasını planlaşdırır

2018/08/456_1533197609.jpg
Oxunub: 1330     17:12     02 Avqust 2018    
ABŞ Hərbi Hava Qüvvələri ordunun xidmətindəki 3 təyyarənin növbəti ildən etibarən modernizasiyasına başlanılmasını planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı ABŞ HHQ-nin Qlobal Hücum komandanlığının rəhbəri general Robin Rend bildirib.

O qeyd edib ki, sözügedən təyyarələr E-4B, C-32A və donanmanın təkibindəki E-6B təyyarələridir.

Hərbi nəqliyyat məqsədilə istifadə olunan təyyarələrin modernizasiyadan sonra innovativ rabitə qovşağı və sensor idarəetmə sistemləri ilə təchiz edilməsi planlaşdırılır.

Qeyd edək ki, növbəti il başlanılması planlaşdırılan layihə üçün “Lockheed Martin”lə danışıqlar aparılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   Lockheed-Martin  


Bizi "telegram"da izləyin