ABŞ KXDR raketləri ilə bağlı iddialara cavab vermir

2018/08/Без-названия_1533196608.jpg
Oxunub: 4219     15:55     02 Avqust 2018    
ABŞ Prezident Administrasiyasından Şimali Koreyanın raket istehsalını davam etdirməsi ilə bağlı iddialara münasibət bildirmək üçün yetərli məlumatın olmadığı bildirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ Prezident Administrasiyasının sözçüsü Katina Adams bildirib.

O qeyd edib ki, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır. Bir nəticə olduqdan sonra rəsmi açıqlama veriləcək.

“Hazırda əlimizdə heç bir kəşfiyyat məlumatı yoxdur. Buna görə də məlumatı təsdiqləyə yaxud rədd edə bilmərik. Araşdırmalarımız nəticə verdikdə dərhal mətbuata bu barədə məlumat veriləcək”, - deyə o bildirib.

Qeyd edək ki, iki gün öncə verilən başqa bir bəyanatda Tramp administrasiyası Şimali Koreyanın raket istehsalına davam etməsi ilə bağlı səslənən iddiaların əsassız olduğunu bildirmişdi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR   Ballistik-raket  


Bizi "telegram"da izləyin