Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məəlumatı ABŞ Maliyyə Nazirliyi yayıb.
Bildirilib ki, sanksiyaların tətbiq olunacağı şəxslər artıq müəyyən edilib
Belə ki, amerikalı keşiş Pastor Brunson azadlığa çıxarılmayacağı təqdirdə hələlik Türkiyə Ədliyyə naziri Əbdülhəmid Gül və Daxili İşlər naziri Süleyman Soyluya sanksiyalar tətbiq edəcək.
Sanksiyalara ABŞ-ın maliyyə sisteminə hər hansısa formada çıxışın əldə edilməsinə mane olmaq, onların ABŞ-dakı mülklərinə əl qoyulmasını və eyni zamanda bütün ABŞ vətəndaşlarının və biznes qurumlarının bu şəxslərlə maliyyə əlaqələrinin qurulmasına əngəl qoyulması daxildir.
Dəyanət Ağalarlı
Ordu.az