Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkənin şimal-qərbindəki İdlib və Həma vilayətində Azad Suriya Ordusuna bağlı olan 3 silahlı qrup “Milli Müstəqilləşdirmə Cəbhəsi”nə qatılıb.
Sözügedən cəbhəyə qoşulanlar isə “Suriya Qurtuluş Cəbhəsi”, “Ceyşül Əhrar” və “Sukuru Şam” qruplarıdır.
Qeyd edək ki, “Feylak-ı Şam”, “Nəsir Ordusu”, “Azad idlib Ordusu”, “1-ci Sahil Alayı”, “2-ci Sahil Alayı”, “2-ci Ordu, “Seçkinlər Ordusu”, “Şühəda Əl-İslam Dareyya”, “Əl-Huriyyə Alayı” və “23-cü Fırka” qrupları may ayının sonunda birləşərək “Milli Müstəqilləşdirmə Cəbhəsi”ni formalaşdırıb.
Son olaraq üç qrupun cəbhəyə qatılması ilə 100 min üsyançı bir qrupda toplanmış oldu və beləliklə qrup Suriyada Bəşər Əsədə qarşı döyüşən ən böyük hərbi qrup halına gəldi.
Ağalar Ağalarlı
Ordu.az