Hindistan ABŞ-a hərbi nümayəndə heyəti göndərəcək: S-400-lər gündəmdə

2018/08/38119220_2623170064575812_1010905799624491008_n_1533141778.jpg
Oxunub: 2207     00:55     02 Avqust 2018    
Hindistan özünün Rusiyadan S-400 havadan müdafiə sistemləri almasından dolayı Vaşinqtonun duyduğu narahatlığı yumşaltmaq məqsədilə ABŞ-a hərbi nümayəndə heyəti göndərməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Economic Times” qəzeti məlumat yayıb.

Məlumata görə, Vaşinqton rəsmi olaraq Yeni Dehlini Hindistanın istifadəsində olan ABŞ silahlarının Rusiya istehsalı müdafiə sistemləri ilə birlikdə istifadəsindən narahatlığını ifadə edib. Birləşmiş Ştatlar bu silah-sursatın Rusiya ləvazimatları ilə birgə istifadəsindən dolayı kiberhücumlara məruz qala biləcəyindən ehtiyat edir.

Dehli ABŞ-ın bu narahatlıqlarını əsassız adlandırsa da, ABŞ-ın qayğılarını dinləməyə razılaşıb. Digər tərəfdən Hindistan S-400-lərin alınacağı təqdirdə ABŞ-ın sanksiyalarına məruz qalmayacağından əmin olmaq istəyir.

Xatırladaq ki, ötən ayın ortalarında Hindistan Müdafiə naziri Nirmala Sitharaman Dehli və Moskva arasında S-400 sistemlərinin çatdırılmasına dair aparılan danışıqların yekun mərhələyə qədəm qoyduğunu bəyan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hindistan   S-400  


Bizi "telegram"da izləyin