Suriyadakı İran əsgərləri İsraildən 85 km məsafədə saxlanılacaq

2018/08/38204278_2623171294575689_3846858733644677120_n_1533137857.jpg
Oxunub: 4307     23:43     01 Avqust 2018    
“Suriyadakı İran qüvvələri Suriya-İsrail sərhədinin ən azı 85 kilometrliyinə qədər geri çəkiləcəklər”.



Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bəyan edib.

“Biz İsrailin narahatlıqlarını diqqətə aldıq. Buna görə də, iranlı bölüklər sərhədin 85 kilometrliyində saxlanacaqlar”, - deyə o bildirib.

Xatırladaq ki, İsrail ötən həftə Rusiyanın İran qoşunlarının İsrailin şimal sərhədlərindən 100 kilometr məsafədə saxlanmasına dair təklifi rədd edib. İsrail İranın Suriyadakı mövcudluğu ilə razılaşmayacaqlarını bəyan edirlər.

Onlar İranın Suriyanı ikinci Livana çevirməyi hədəflədiyini iddia edir və buna qarşı həyata keçirilən əməliyyatların bundan sonra da davam etdiriləcəyini vurğulayırlar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Suriya  


Bizi "telegram"da izləyin