ABŞ və “Bath İron” arasında 8 milyon dollarlıq müqavilə imzalanıb

2018/08/38270470_2623165714576247_7155167811487137792_n_1533136963.jpg
Oxunub: 3872     23:18     01 Avqust 2018    
ABŞ Hərbi Hava Qüvvələri yeni freqatın araşdırma və təkm illəşdirmə işlərinin yekun mərhələsini həyata keçirmək üçün “Bath İron” şirkəti ilə razılığa gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət əməkdaşlıq çərçivəsində ABŞ Donanması üçün yeni raketlə təchiz edilən döyüş gəmisinin dizaynın hazırlanmasını həyata keçirəcək.

Müqavilə ilə bağlı Pentaqonun yaydığı məlumata əsasən 7,95 milyon dollar dəyərindəki layihənin tətbiqinə bu ilin sentyabrından başlanılacaq. Layihənin 2019-cu ilin iyununda yekunlaşdırılması planlaşdırır.

Qeyd edək ki, dizaynı hazırlanacaq gəminin üzərində 2014-cü ildən bu yana araşdırma və təkmilləşdirmə işləri aparılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Bath-İron   Freqat  


Bizi "telegram"da izləyin