Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.
Bildirilib ki, Türkiyənin də öz növbəsində Suriya ilə sərhəd bölgələrə əlavə hərbi qüvvələr toplaması terrorçuların işini daha da çətinləşdirib.
Məlumata əsasən artıq terrorçular İdlib, Həma, Lattakiya və Hələbdəki qüvvələrinin bölgədəki fəaliyyətlərinin yekunlaşdırılması üçün hazırlıq görürlər.
Hətta onların bir hissəsinin qonşu bölgələrə keçirilərək mülki əhali arasına qarışdığı iddia edilir.
Qeyd edək ki, Suriya ordusu ölkənin cənub və cənub-qərbindəki əməliyyatları uğurla yekunlaşdırdıqdan sonra şimalda yeni əməliyyatlara start veriləcəyini bildirib.
Dəyanət Ağalarlı
Ordu.az