“ABŞ-ın təhdidkar dili heç kimə fayda verməz” – Ərdoğan

2018/08/5675675_1533124446.jpg
Oxunub: 4443     19:52     01 Avqust 2018    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonun son günlərdə Ankaranı sanksiyalarla təhdid etməsinə münasibət bildirib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, o, ABŞ-ın istifadə etdiyi təhdidkar üslubun heç kimə fayda verməyəcəyini söyləyib.

Türkiyənin öz prinsiplərində kompromisə getməyəcəyini vurğulayan Ərdoğan Birləşmiş Ştatların sərgilədiyi davranış tərzinin qəbuledilməzliyini ifadə edib.

Türkiyə prezidenti çıxışında həm də Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Sinqapurda baş tutacaq ASEAN sammitində ABŞ-lı həmkarı Mayk Pompeo ilə bir araya gələcəyini bildirib.

Qeyd edək ki, Birləşmiş Ştatlar son dövrlərdə Rusiyadan S-400 havadan müdafiə sistemlərinin alınması və ABŞ vətəndaşı keşiş Andrü Brunsonun həbsdə saxlanması ilə əlaqədar Türkiyəni sanksiya tətbiqi ilə təhdid edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Türkiyə   Sanksiya  


Bizi "telegram"da izləyin