ABŞ donanması yeni dizaynlı freqat tikmək niyyətindədir

2018/08/Navy-awards-contracts-for-guided-missile-frigate-design_1533123445.jpg
Oxunub: 3147     19:30     01 Avqust 2018    
ABŞ donanması yeni idarəolunan raketlərlə təchiz olunan freqatının dizaynlaşdırılması ilə bağlı “Huntington Ingalls”, “General Dynamics”, “Marinette Marine” və “Austal USA” ilə müqavilələr imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müqavilələrin dəyəri 6-8 milyon dollar aralığındadır. Müqavilə əsasında həmin kompaniyalar yeni freqatın konseptual dizaynını hazırlayacaqlar.

Yeni freqatın müxtəlif növ raketlər üçün şaquli atış sisteminə uyğun olması planlaşdırılır. Müqavilələr üzrə çalışmaların 2019-cu ilin iyununda tamamlanması gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Freqat   İdarəolunan-Raket  


Bizi "telegram"da izləyin