ABŞ HHQ F-35 qırıcılarının sınaqlarını keçirib

2018/08/5614848484_1532411200_1533121379.jpg
Oxunub: 3411     19:01     01 Avqust 2018    
ABŞ Hərbi Hava Qüvvələri F-35 qırıcılarının növbəti sınaq uçuşlarını həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sınaqlar ABŞ-ın Texas ştatında həyata keçirilib.

Bununla bağlı ABŞ HHQ-dən bildirilən açıqlamada qeyd olunub ki, sınaqlar zamanı qırıcıların hava hücumundan müdafiə sistemlərinə qarşı hazırlıq səviyyəsi şərti olaraq test edilib.

Bildirilir ki, qırıcılar Rusiyanın mövcud və potensial gələcək nəsil zenit raket sistemlərinin zərbələrinə qarşı kifayət qədər hazırlıqlı olduğunu sübut edib.

Qeyd edək ki, növbəti sınaqlarda şərti hədəflərdən istifadə olunaraq qırıcıların hücum əməliyyatlarına hazırlıq səviyyəsi test ediləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   F-35  


Bizi "telegram"da izləyin