Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ötən gün Ruiya və Yaponiya müdafiə və xarici işlər nazirlərinin 2+2 formatlı görüşündə müzakirələr aparılıb.
Görüşün iştirakçıları bildiriblər ki, Tokio və Moskva rəsmi Pxenyanın nüvə proqramlarını dayandırmaqla bağlı qərarını yüksək qiymətləndirir.
Buna baxmayaraq Rusiya Xarici İşlər naziri Sergey Lavrov Yaponiyanın raketdən müdafiə sistemlərinin daha da təkmilləşdirilməsi ilə bağlı planlarının narahatlıq doğurduğunu bildirib.
O qeyd edib ki, KXDR-in nüvə və ballistik raket planlarını ləğv etdiyi bir zamanda Yaponiyanın bu addımlarının Şimali Koreyadan gələcək potensial təhlükələrə qarşı atdığını bildirməsi bir o qədər də əsaslandırılmış fikir kimi səslənmir.
Yaponiya Xarici İşlər Naziri İtsunori Onodera isə öz növbəsində bu sistemlərin Rusiya üçün faktiki olaraq heç bir təhlükə yaratmadığını və sistemlərin həqiqətən də KXDR-in raket hücumlarına cavab olaraq atıldığını bildirib.
Dəyanət Ağalarlı
Ordu.az