İŞİD Hmeymim bazasına daha bir hücum edib

2018/07/201814225412235_1533013887.jpg
Oxunub: 2109     13:07     31 İyul 2018    
Rusiyanın Suriyadakı hərbi aviabazasına İŞİD terror qruplaşması tərəfindən hücum edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, ötən gün Suriyanın Latakiya bölgəsində yerləşən Hmeymim aviabazasına terrorçular tərəfindən dron hücumu edilib.

Məlumata əsasən bazadan hücuma dərhal cavab verilib. Endirilən cavab zərbəsi ilə dron məhv edilib.

Qeyd edək ki, hücum zamanı bazadakı hərbçilər üçün heç bir problem yaşanmayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   İŞİD   Terror   Hmeymim  


Bizi "telegram"da izləyin