Ordu.az “Qoyamart” hərbi verilişinə istinadən xəbər verir ki, toplanışlara hərbi hissələrin tabor komandirləri, artilleriya və hava hücumundan müdafiə divizionlarının komandirləri, onların müavinləri cəlb olunub.
Toplanışlarda məqsəd nəzəri və praktiki biliklərin, vərdişlərin təkmilləşdirilməsidir. 5 günlük toplanışların sonunda cəlb olunanlar atəş, fiziki və texniki hazırlıq üzrə məqbullar verib.
Toplanış iştirakçıları ilə qanunsuz hərbi birləşmənin "rəhbəri" general-leytenant Levon Mnatsakanyan da görüşüb.
Alpər Mövludoğlu
Ordu.az