Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə biznes liderləri və ekspertlər fikir irəli sürürlər.
Belə ki, ABŞ Konqresinin ötən il təsdiqlədiyi Amerika Düşmənlərinin Sanksiyalar Vasitəsilə Əngəllənməsi qanunu çərçivəsində Rusiya ilə müdafiə və kəşfiyyat sahəsində ticarət edən istənilən ölkə sanksiyalarla üzləşə bilər.
Qanunun 2014-cü il Ukrayna müharibəsi, Rusiyanın Suriya müharibəsinə və ABŞ seçkilərinə müdaxiləsi iddialarına qarşı Rusiyanı cəzalandırmaq məqsədi daşıyır.
Buna baxmayaraq, ABŞ Konqresi bu həftənin əvvəli yeni müdafiə büdcəsi üzərində razılığa gəldi və bu büdcədə Rusiyadan silah idxalını azaldıb, ABŞ-la müdafiə əməkdaşlığını gücləndirən ölkələrə sanksiyalardan yayınma imkanı tanınıb.
Biznes liderləri və analitiklər bildirir ki, Hindistan bu şərtlərin hər ikisini ödəyir. ABŞ-Hindistan Biznes Şurasının prezidenti Nişa Bisval bildirib ki, ABŞ-ın bu addımı Hindistanla strateji əlaqələrin qorunmasına kömək edəcək.
Hindistan son illərdə silah idxalında əsas istiqamət olaraq ABŞ və İsraili seçib. O, son 10 ildə ABŞ-dan 15 milyard dollar dəyərində silah-sursat sifariş verib.
Ağalar Ağalarlı
Ordu.az