İran generalından Trampa: “Müharibəni siz başlayacaqsınız, biz bitirəcəyik”

2018/07/37790045_2614998652059620_7076114501703041024_n_1532608384.jpg
Oxunub: 4075     20:37     26 İyul 2018    
ABŞ və İran arasında gərginliyin artdığı bir zamanda növbəti maraqlı açıqlama İran İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymanidən gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, general bu barədə bu gün yerli media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, İran ordusunun hər bir hərbçisi, hər bir texnikası və silah-sursatı döyüş hazırlığı vəziyyətindədir.

“Tramp yəqin xəbərdardır ki, bu müharibə onların sahib olduğu hər bir şeyi yerlə-yeksan edəcək. Buna görə də diqqətli olmalıdırlar. Müharibə istəyirlərsə başlaya bilərlər. Lakin unutmasınlar ki, müharibəyə ABŞ başlaya bilər, lakin müharibədə nöqtəni qoyacaq tərəf İran olacaq”, - deyə Süleymani bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Müharibə  


Bizi "telegram"da izləyin