Cənubi Afrika Rusiya ilə nüvə enerjisi sahəsində əməkdaşlığa açıqdır

2018/07/1532599539_1532607792.jpg
Oxunub: 2015     20:21     26 İyul 2018    
“Cənubi Afrika özünün nüvə enerjisi imkanlarını genişləndirə bilmir, lakin bu sahədə Rusiya ilə nüvə müqavilələrinə açıqdır”.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu fikirləri Cənubi Afrika Milli Konqresinin Baş Xəzinədarı Paul Maşatile bildirib.

BRİKS sammiti ilə bağlı Cənubi Afrikada olan Rusiya prezidenti Vladimir Putinlə bir araya gələn Maşatile öncəki prezident Yakob Zuma zamanı nüvə layihələrinin prioritetlik təşkil etdiyini, lakin son dövrlərdə bu sahəyə diqqətin azaldığını bildirib.

O, Rusiya prezidenti ilə görüşdə Cənubi Afrika ölkəsinin öz hesabına nüvə sahəsinə geniş diqqət ayıra bilmədiyini, lakin Rusiya ilə potensial əməkdaşlığa açıq olduqlarını vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Afrika   Rusiya   Nüvə  


Bizi "telegram"da izləyin