Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ərəb koalisiyasının mətbuat katibi Turki Əl-Maliki bildirib.
Hücumdan sonra Səudiyyə Ərəbistanı Qırmızı dəniz vasitəsilə həyata keçirilməli olan neft daşınmalarını dayandırdığını elan edib.
Səudiyyə Ərəbistanının Energetika naziri Xalid əl-Falih husilərin iki neft tankerinə hücum etdiklərini və bu tankerlərdən birinin yüngül xəsarət aldığını bildirib.
Eyni zamanda o, bölgədə təhlükəsizliyin tam təmin olunmasına qədər Bab əl-Məndəb boğazı vasitəsilə edilən daşınmaların dayandırıldığını bəyan edib.
Ağalar Ağalarlı
Ordu.az