ASO-ya aid silah deposu yaxınlığında partlayış baş verib

2018/07/13961114000697_PhotoI_1532604776.jpg
Oxunub: 3153     19:32     26 İyul 2018    
Suriyanın İdlib bölgəsində Azad Suriya Ordusuna məxsus silah deposu yaxınlığında partlayış baş verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə İdlibin qərbindəki Eştəbraq şəhərində baş verib.

Yerli mənbələrin yaydığı məlumata əsasən, partlayış ərazidəki silah deposundan 200 metrməsafədə baş verib.

Bəzi mənbələr bunun partlayış yox, Rusiyanın şəhərdəki terrorçulara məxsus mövqelərə endirdiyi aviazərbələrdən biri olduğunu bildirib.

Qeyd edək ki, hadisə nəticəsində ölən və yarlananlarla bağlı dəqiq məlumat verilməyib. Silah deposunun partlayışdan zərər görmədiyi bildirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASO   Silah-deposu   Rusiya  


Bizi "telegram"da izləyin