Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Aleksey Boçarov bildirib.
“Firmamız qanunsuz dronlara qarşı mübarizə problemini aradan qaldırmaq məqsədilə yüksək peşəkarlıq səviyyəsində elektron müharibə sistemi ərsəyə gətirib”, - deyə Boçarov bildirib.
Onun sözlərinə görə, kompaniya kiçik ölçülü mobil elektron sistemi yaradır. Bu sistem dronlara müdaxilə edərək, onları faydasız metal parçasına çevirə biləcək.
Sistemin hazırda eksperimental əməliyyat sınağında olduğu və onun çatdırılmasının 2019-cu ildə başlanacağı bildirilir.
Ağalar Ağalarlı
Ordu.az