Vyetnamda hərbi təyyarə qəzaya uğrayıb

2018/07/5-1472189730_1532600272.jpg
Oxunub: 4323     18:17     26 İyul 2018    
Vyetnam Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə mərkəzi Nqe An vilayətində qəzaya uğrayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, havada olarkən təyyarədə partlayış meydana gəlib və daha sonra yerlə çırpılıb.

Təyyarə Tanh Hoa vilayətində yerləşən “Sao Vanq” aviabazasından havaya qalxıb və Nqe An vilayətində qəzaya uğrayıb.

Qəza nəticəsində meydana gələn itkilər barədə hələlik dəqiq məlumat yoxdur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vyetnam   Təyyarə  


Bizi "telegram"da izləyin