Ordu.az xəbər verir ki, bu barədə “Airbus” kompaniyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Zephyr S” adlı PUA 14 gün, 22 dəqiqə və 8 saniyəlik uçuş müddəti ilə özünün bir öncəki versiyasının 2010-cu ildə qırdığı rekordu geridə qoyub.
Orta ölçülü insanın çəkisinə bərabər ağırlıqda yük qaldırmağa qadir PUA 21 kilometr yüksəklikdə günəş enerjisi ilə hərəkət edə bilir. Onun depolama batareyaları PUA-ya gecə ərzində də əməliyyat imkanı verir.
Ağalar Ağalarlı
Ordu.az