Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ ordusunun generalı Yozef Dunford bildirib.
O qeyd edib ki, hazırda ABŞ dünyanın 177 ölkəsində 300 mindən çox hərbi qüvvə saxlayır.
O bildirib ki, hazırda ən çox hərbi qüvvə saxlanılan ölkələr ardıcı olaraq Cənubi Koreya, Əfqanıstan, İraq və Suriyadır.
Həmçinin ABŞ Polşada və digər Baltikyanı ölkələrdə də öz hərbçilərinin sayını artırmağı planlaşdırır.
Qeyd edək ki, 2017-ci ildə təqdim edilən rəqəmlərə əsasən təxminən 210 min ABŞ hərbçisi ölkə xaricində xidmət edirdi. Bu da keçən bir il ərzində ABŞ-ın digər ölkələrdəki hərbi birliklərinin sayını təxminən 50 faiz artırdığı anlamına gəlir.
Dəyanət Ağalarlı
Ordu.az