Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı nazirliyin sözçüsü Ren Quoqyanq bildirib.
O qeyd edib ki, səfərin bu ilin sonuna kimi baş tutması planlaşdırılır.
Rəsminin sözlərinə əsasən səfər zamanı Vay Fenqe Hindistan Müdafiə naziri Nirmala Sitharaman ilə bir araya gələcək.
Qeyd edək ki, daha öncə Çin prezidenti və Hindistan Baş nazirinin də ikitərəfli görüşü baş tutmuşdu.
Dəyanət Ağalarlı
Ordu.az