Aİ orbitə daha 4 peyk göndərib

2018/07/768_1532584955.jpg
Oxunub: 3692     14:11     26 İyul 2018    
Avropa İttifaqı peyk naviqasiya sistemi layihəsi olan “Galileo”nun dörd peyki orbitə çıxarılıb.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Komissiyanın məlumatına görə, “Galileo”nun 4 peykini daşıyan “Ariane 5” raketi Qviyanadan orbitə göndərilib.

Bununla da “Galileo”nun ümumilikdə peyk sayının 26-ya çatdığı və bundan sonra Aİ-nin qlobal peyk naviqasiya sisteminin müxtəlif xidmətlər üçün daha aydın siqnal təmin edə biləcəyi bildirilib.

Həmçinin “Galileo”nun tam əməliyyat qabiliyyətinə 2020-ci ildə nail ola biləcəyi və sistem tamamlandığında dünyadakı ən həssas peyk naviqasiyası ola biləcəyi qeyd olunub.

“Galileo” Aİ tərəfindən ABŞ ordusunun nəzarətindəki GPS, Rusiyanın GLONASS və Çinin “Beidou” sisteminə alternativ bir peyk sistemi olaraq hazırlanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Peyk  


Bizi "telegram"da izləyin