“General Dynamics” ilin 2-ci rübünə olan hesabatını dərc edib

2018/07/received_2613718648854287_1532540795.jpeg
Oxunub: 3943     01:48     26 İyul 2018    
“ABŞ-ın müdafiə sənayesi üzrə ixtisaslaşmış “General Dynamics” şirkəti bu ilin aprel-iyun ayları ərzində 9,2 milyard dollar gəlir əldə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu ötən ilin anoloji dövrü ilə müqayisədə 19,7 faizlik artım deməkdir.

Şirkətin qeyd olunan dövr üçün xalis mənfəəti 786 milyon dollar təşkil edib ki, bu baxımdan da 4,9 faizlik artım yaşanıb.

Hesabatda qeyd olunub ki, bu ilin aprel-iyun ayları ərzində şirkətin ən çox müqavilə bağladığı partnyorları ABŞ və Fransadır.

Belə ki, cari dövrdə şirkət ABŞ-la 1,8 milyardlıq, Fransa ilə 1,25 milyardlıq müqavilələr imzalayıb.

Qeyd edək ki, qeyd olunan dövr ərzində şirkətə ən çox gəlir gətirən sahə 3,72 milyard dollarla aerkosmik sənaye olub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: General-Dynamics   ABŞ  


Bizi "telegram"da izləyin