“NATO Rusiyanın müstəqilliyinin güclənməsinə dözə bilmir” – Şoyqu

2018/07/890890-_1532522179.jpg
Oxunub: 2768     20:40     25 İyul 2018    
“NATO bloku Rusiyanın beynəlxalq arenada müstəqil oyunçu olması faktına dözə bilmir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə naziri Sergey Şoyqu bildirib.

“NATO üzvləri Rusiyanın onların geosiyasi rəqibi olmasını əngəlləmək məqsədilə müxtəlif cəhdlər edir. Onlar bunun üçün müxtəlif təşkilatlardan istifadə edir”, - deyə Şoyqu söyləyib.

O, bu cəhdlərin əsasını Şərqi Avropada hərbi mövcudluqlarını genişləndirmək olduğunu və Rusiyanın da bunlara qarşı tədbirlər gördüyünü bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Şoyqu  


Bizi "telegram"da izləyin