“Hər­biyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirak­çıları ilə görüş keçiril­ib - FOTOLAR

2018/07/36_4597527564.jpg
Oxunub: 3873     16:55     25 İyul 2018    
2018-ci ilin 24 iyul tarixində Dövlət Sərhəd Xidmətinin rəisi ge­neral-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri göm­rük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Miqrasiya Xid­mə­tinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikasının Pre­zidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev DSX-nin sərhəd qoşunlarının “Şəki” sərhəd dəstəsinin “Laza” sərhəd zastavasına səfər etmişlər.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, səfər zamanı Dövlət Sərhəd Xidmətinin və ASAN Xidmətin birgə təş­kilatçılığı ilə 100 nəfər ASAN könüllüsü üçün təşkil olun­muş “Hər­biyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirak­çıları ilə görüş keçirilib, “Laza” sərhəd zastavasında sərhədçilərin xidmət və yaşayış şəraiti ilə tanış olunub.


Görüşdə gənclərin hərbi-vətənpərvərlik, Azərbay­can dövlətçiliyi­nə sədaqət və Vətənə məhəbbət ruhunda tərbiyəsinin mühüm əhə­miy­yət kəsb etməsi xüsusi qeyd olunmuş, bu cür layihə­lərin miqya­sı­nın daha da genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli­yevin Ali Baş Komandanlığı altında ölkəmizin hərbi qüdrətinin yüksəl­dilməsi istiqamətində görülən işlər sa­yə­sində torpaqlarımızın ən yaxın müd­dət­də işğaldan azad ediləcəyinə əminlik ifadə olunmuş, fəaliyyət sahə­­sindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının döv­lət­çilik naminə çalışmasının böyük əhəmiyyət kəsb etməsi vurğulan­ıb.


“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları tərə­fin­dən görüş böyük sevinclə qarşılanıb, dövlət qurum­larının rəhbər­lərinə minnətdarlıq bildirilib. ASAN könüllülərinin xahişi ilə düşər­gənin fəaliyyət müddətinin daha da artırılması barədə qərar qəbul olunub.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Hərbiyyə  


Bizi "telegram"da izləyin