Dörd dövlət qurumun rəhbəri "Sınıq körpü"dəki vəziyyətlə tanış olub - FOTOLAR

2018/07/32_6130034200.jpg
Oxunub: 2309     16:47     25 İyul 2018    
2018-ci ilin 24 iyul tarixində Dövlət Sərhəd Xidmətinin rəisi ge­neral-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Miqrasiya Xidmə­tinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikasının Pre­zidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində mövcud vəziyyət və xidməti fəaliyyətin təşkili ilə tanış olublar.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin tap­şırıqlarına uyğun olaraq dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd keçmə prosedurlarının sadələşdirilməsi, ölkəyə gələn və ölkə­dən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd və gömrük nəzarətinin effektivliyinin daha da artırılması və yoxlama müddət­lə­rinin maksimal azaldılması məsələləri nəzərdən keçirilmiş, buraxılış mən­təqəsinin infrastrukturunun təkmilləşdirilməsi istiqamətində müza­kirələr aparılıb.

Dövlət orqanlarının rəhbərləri tərəfindən dövlət sərhədindən bu­ra­xılış məntəqəsində olan vətəndaşlarla görüş keçiril­ib, onların mü­raciət və təklifləri dinlənilib.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Miqrasiya-Xidməti   DGK  


Bizi "telegram"da izləyin