Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Moskvadakı səfirliyi bəyanat yayıb.
Bəyanatda bildirilir ki, rusiyalı rəsmilərlə görüşdə Netanyahunu İsrail Baş Qərargah rəisi Qadi Ayzenkot və Milli Təhlükəsizlik Şurasının sədri Meir Ben-Şabbat da müşayiət edib.
“Görüşdə Suriyadakı vəziyyət və İranın buradakı mövcudluğu müzakirə edilib. Biz əminik ki, Rusiya və İsrail arasında yaxşı əlaqələr müsbət nəticələr üçün əsas faktordur”, - deyə bəyanatda qeyd edilib.
Ağalar Ağalarlı
Ordu.az