Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 28 nəfərin həlak olduğu, 30 nəfərin isə yaralandığı bildirilir.
Partlayışın kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Qeyd edək ki, Pakistanda bu gün parlament seçkiləri keçirilir. Seçki günü təhlükəsizliyin təmin edilməsi məqsədilə ölkə boyunca əsas məkanlara silahlı qüvvələrin hərbi qulluqçuları yerləşdirilib.
Ağalar Ağalarlı
Ordu.az