Misir ordusu Sinayda 13 terrorçunu zərərsizləşdirib

2018/07/1262701-1299827009_1532498900.jpg
Oxunub: 3645     14:10     25 İyul 2018    
Misir ordusu ölkənin şimalında fəaliyyət göstərən İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Misir hökumət mənbələri yayıb.

Bildirilib ki, ordu Sinay yarımadasının Əl-Əriş şəhəri yaxınlığında İŞİD qruplaşmasına qarşı əməliyyatlar keçirib.

Rəsmi məlumata əsasən əməliyyatlar zamanı qruplaşmanın 13 üzvü məhv edilib, həmçinin terrorçulara məxsus çox sayda mərmi, partlayıcı maddə və silah aşkar edilərək müsadirə olunub.

Qeyd edək ki, ordu əməliyyatları itkisiz şəkildə tamamlayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   İŞİD   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin